Lavrov çinli həmkarı ilə Ukraynanı və Qərbin addımlarını müzakirə edib

Sergey Lavrov, Van İ

© APA | Sergey Lavrov, Van İ

# 07 iyul 2022 14:30 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə Ukraynadakı vəziyyəti və bu kontekstdə Qərbin davranışını müzakirə edib.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirlərin görüşü G20-nin Balidə keçirilən toplantısı çərçivəsində baş tutub.

"Ukraynadakı və onun ətrafındakı vəziyyətə xüsusi diqqət yetirilib. Lavrov çinli həmkarına Rusiya silahlı qüvvələrinin Donbasın mülki əhalisinin mühafizəsi, Ukraynanın demilitarizasiyası və denasifikasiyasına yönəlmiş xüsusi hərbi əməliyyatının əsas vəzifələrinin icrası barədə məlumat verib. Nazirlər Ukrayna süjeti kontekstində Qərb ölkələrinin atdığı addımları dəyərləndiriblər”, - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR