Lavrov: “Enerji böhranı Qərbin avantürist siyasətinin nəticəsidir”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 08 iyul 2022 11:43 (UTC +04:00)

Enerji böhranı, ərzaq böhranı kimi bu gün başlamayıb. Bu, Qərbin avantürist siyasətinin, o cümlədən “yaşıl enerji”yə keçidin məcburi şəkildə həyata keçirilməsinin nəticəsidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Ərzaq və enerji təhlükəsizliyi ilə bağlı, Prezident Vladimir Putinin dəfələrlə verdiyi izahatlara uyğun olaraq, bu böhranların mənşəyini çox təfərrüatlı şəkildə göstərmişik. Bu böhranlar nə bu gün, nə fevralda, nə də hətta keçən il başlayıb. Onlar Qərbin avantürist, düşünülməmiş və yanlış siyasətinin, o cümlədən tələb və istehlakın tənzimlənməsi mexanizmlərinə süni müdaxilə də daxil olmaqla, “yaşıl enerji”yə keçidin məcburi tətbiq edilməsinin nəticəsi idi", - Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR