Lavrov Ermənistana səfər edib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 08 iyun 2022 16:28 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfər edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati XİN başçıları Şurasının iclasında iştirak etmək üçün bu gün Ermənistana gedib.

Səfər çərçivəsində Lavrovun Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşləri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR