Lavrov Finlandiya və İsveçin NATO-ya üzv olması istəyinə münasibət bildirib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 14 yanvar 2022 12:57 (UTC +04:00)

Finlandiya və İsveçin NATO-ya qoşulmasını istəyənlər bu ölkələrin suverenliyinə hörmət etmirlər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.

"Rusiya hər zaman Finlandiya və İsveçin suverenliyinə hörmət edir. Bu ölkələrin neytral mövqeyi Avropanın təhlükəsizliyinə töhvə verir. Onların NATO-ya qoşulmasını istəyənlər həmin ölkələrin suverenliyinə hörmət etmirlər", deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR