Lavrov: İndi Rusiyanın yeni dünya nizamında hansı yeri tutacağı həll olunur

Lavrov: İndi Rusiyanın yeni dünya nizamında hansı yeri tutacağı həll olunur
# 27 mart 2023 13:41 (UTC +04:00)

İndi bütün dünya nizamı məsələsi həll olunur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Aleksandr Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun Himayəçilər Şurasının iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda təkcə dünyanın bu və ya digər hissəsində baş verənlər deyil, bütün dünya nizamı məsələsi həll olunur:

"Gələcəkdə dünyanın necə qurulacağı və Rusiyanın bu dünyada hansı yeri tutacağı məsələsi həll olunur".

Lavrov bu gün qlobal cənub və qlobal şərqin bir çox ölkələrinin, dünyanın əksər hissəsinin Rusiyanı etibarlı tərəfdaş kimi gördüyünü söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR