Lavrov: İranın Türkiyə-Suriya nizamlanmasında iştirakı məntiqlidir

Lavrov: İranın Türkiyə-Suriya nizamlanmasında iştirakı məntiqlidir
# 31 yanvar 2023 16:23 (UTC +04:00)

Moskva Tehranın Türkiyə ilə Suriya arasındakı nizamlanma prosesində iştirakını məntiqli hesab edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov misirli həmkar Sameh Şükri ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrovun ölkəsinin İranın Türkiyə ilə Suriya arasında nizamlanma ilə bağlı yeni təmaslarda iştirakını məntiqli hesab etdiyini, təmasların üzərində iş getdiyini söyləyib.

"Suriya ilə Türkiyə arasında nizamlanma ilə bağlı yeni təmasların səviyyəsi və formatı işlənir, addım-addım irəliləməliyik", deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR