Lavrov İrəvana gedib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 22 noyabr 2022 17:29 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın paytaxtı İrəvana iki günlük səfərə gedib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində bir sıra vacib tədbirlərdə, KTMT Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Baş Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.

Görüşlər zamanı KTMT üzvü olan ölkələrdə hərbi-siyasi vəziyyət və təşkilatın sessiyalararası fəaliyyəti müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR