Lavrov: "KTMT sülhməramlıları potensialını bütün dünyaya göstərdi"

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 14 yanvar 2022 13:24 (UTC +04:00)

Mərkəzi Asiyada vəziyyəti kənardan silkələmək cəhdləri yetərincə çoxdur.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunan illik mətbuat konfransında bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin Qazaxıstandakı fəaliyyətindən danışan Rusiya XİN başçısı bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxması Mərkəzi Asiyadakı vəziyyətə təsir edir: “Həm Mərkəzi Asiyada, həm də KTMT-nin digər ölkələrində vəziyyəti sarsıtmaq üçün kənardan çoxlu cəhdlər var. Amerikalılar NATO üzvləri ilə birlikdə Əfqanıstandan qaçdıqdan sonra bu cəhdlər daha iddialı və təhlükəli olub”.

Lavrov qeyd edib ki, KTMT sülhməramlıları potensialını bütün dünyaya göstərib: “Ümid edirəm ki, bundan sonra bu təcrübəni tətbiq etməyə ehtiyac olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR