Lavrov: "MDB dövlət başçıları təşkilatın möhkəmlənməsi məqsədi daşıyan strateji və vacib qərarlar qəbul edəcəklər"

Lavrov: "MDB dövlət başçıları təşkilatın möhkəmlənməsi məqsədi daşıyan strateji və vacib qərarlar qəbul edəcəklər"
  • Clock-gray 15:40
  • calendar-gray 10 Oktyabr 2019

MDB ölkələri xarici işlər nazirləri Şurasının Aşqabadda keçirilən geniş iclasında kosmosda silahlanma yarışının qarşısının alınması barədə bəyanat qəbul olunub.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya XİN başçısı Sergey Lavrov bildirib.

Rusiyalı nazir XİN başçıları Şurası tərəfindən informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa, eləcə də humanitar minatəmizləmə ilə bağlı birgə bölmənin və birgə rabitə sistemlərinin yaradılması daxil olmaqla hərbi əməkdaşlığa dair strateji layihənin də qəbul olunduğunu söyləyib.

S. Lavrov MDB XİN başçıları Şurasının iclasında qəbul olunan sənədlərin oktyabrın 11-də Aşqabadda keçiriləcək MDB Dövlət başçıları Şurasının iclasında imzalanacağını da qeyd edib: "Gündəlikdə duran məsələlər çoxdur. Hesab edirəm ki, sammitə yaxşı hazırlaşmışıq. Əminəm ki, dövlət başçıları MDB-nin dərinləşməsi, möhkəmlənməsi məqsədi daşıyan strateji və vacib qərarları qəbul edəcəklər".  

Qeyd edək ki, bu gün Türkmənistan paytaxtında Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclası keçirilib. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib. Sabah isə Aşqabadda MDB Dövlət başçıları Şurasının iclası keçiriləcək.

 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date