Lavrov Mirzoyanla üçtərəfli bəyanatların icrasının gedişatını müzakirə edib

Lavrov Mirzoyanla üçtərəfli bəyanatların icrasının gedişatını müzakirə edib
# 02 sentyabr 2022 12:50 (UTC +04:00)

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatını və perspektivlərini müzakirə ediblər.

Yaxın vaxtlarda təmasların davam etdirilməsi razılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR