Lavrov: NATO “soyuq müharibə” prioritetlərinə qayıdıb

Lavrov: NATO “soyuq müharibə” prioritetlərinə qayıdıb
# 01 dekabr 2022 13:00 (UTC +04:00)

NATO “soyuq müharibə” prioritetlərinə qayıdıb. Onlar rusları Avropadan kənarda, amerikalıları isə Avropada saxlamaq istəyirlər və bütün Avropa İttifaqı indi ABŞ-ın nəzarəti altındadır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Biz NATO-nun necə yaradıldığını xatırlayırıq. Alyansın birinci baş katibi cənab İsmey “Rusları Avropadan uzaq tutun, amerikalıları Avropada tutun və almanları nəzarətdə saxlayın” düsturu ilə çıxış etmişdi. İndi baş verənlər tamamilə NATO-nun 70 il əvvəl hazırlanmış konseptual prioritetlərə qayıtması deməkdir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, hazırda NATO hələ də rusları Avropadan kənarda saxlamaq istəyir və ABŞ öz növbəsində artıq bütün Avropanı əsarət altına alıb və təkcə almanları deyil, bütün Avropa İttifaqını öz nəzarətində saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR