Lavrov NATO və Aİ-ni müstəmləkəçilik illüziyasından əl çəkməyə çağırıb

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 19 yanvar 2023 17:37 (UTC +04:00)

Rusiya NATO və Avropa İttifaqından (Aİ) olan həmkarlarının ən qısa zamanda “ayıq olması” və “müstəmləkəçilik illüziyalarından” əl çəkməsi üçün hər şeyi edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə Belarusun xarici işlər naziri Sergey Aleyniklə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Qərbin dünya nizamı üçün dağıdıcı olan əməllərindən danışan Rusiya XİN başçısı həmkarlarının tezliklə “ayılacağına” ümid etdiyini bildirib.

“Ümid edirəm ki, onlar ayılacaqlar. Ən azı NATO və Avropa İttifaqından olan həmkarlarımızın tez ayılmaları üçün hər şeyi edəcəyik”, - Lavrov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR