Lavrov Paşinyanın sülhməramlıların fəaliyyəti ilə bağlı fikrinə münasibət bildirib

Lavrov Paşinyanın sülhməramlıların fəaliyyəti ilə bağlı fikrinə münasibət bildirib
# 05 avqust 2022 10:52 (UTC +04:00)

Rusiya Ermənistanın sülhməramlıların fəaliyyəti ilə bağlı konkret təklifini görməyib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Biz Ermənistan Baş naziri Nikol Paşinyanın sülhməramlı kontingentin Qarabağdakı fəaliyyəti ilə bağlı daxil etmək istədiyi konkret təklifləri görməmişik”, - o deyib.

O, Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşma ilə bağlı istənilən tərəfin əlavə təklif vermək hüququnun olduğunu da əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR