Lavrov: Polşa hazırkı sədr kimi ATƏT-in məzarını qazır

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 01 dekabr 2022 13:14 (UTC +04:00)

ATƏT marginal təşkilata çevrilir və Polşa hazırkı sədr kimi onun məzarını qazır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Nəhayət Avropada təhlükəsizlik məkanı parçalanır və ATƏT-in özü də yumşaq desək, marginal quruma çevrilir. Son bir neçə ildə ATƏT-in fəaliyyətdə olan sədrləri bu mənfi tendensiyanın qarşısını almağa qətiyyən həvəs göstərməyiblər. İsveçlilər keçən il sədr olublar və hətta o vaxtlar onlar dürüst broker kimi çıxış etməyi dayandırıblar, lakin ATƏT-də Qərb siyasətinin fəal iştirakçıları kimi çıxış ediblər. Əslində ATƏT-in dəfn mərasimini hazırlamağa isveçlilər başlayıb və bizim polşalı qonşularımız bütün bu il konsensus mədəniyyətinin qalıqlarını məhv edərək səylə bu təşkilat üçün məzar qazıblar”, - Rusiya XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR