Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığının fraqmentlərinin yayılmasına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov Fransanın bu addımının diplomatik etikaya uyğun olmadığını qeyd edib.
“Düşünürəm ki, əlbəttə, diplomatik etika qeydlərin belə birtərəfli sızmasını nəzərdə tutmur", - Rusiya XİN başçısı Vyetnama səfərinin yekunları ilə bağlı mətbuat konfransında vurğulayıb.