Lavrov Putin-Makron danışığının fraqmentlərinin yayılmasına münasibət bildirib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 06 iyul 2022 11:37 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığının fraqmentlərinin yayılmasına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov Fransanın bu addımının diplomatik etikaya uyğun olmadığını qeyd edib.

“Düşünürəm ki, əlbəttə, diplomatik etika qeydlərin belə birtərəfli sızmasını nəzərdə tutmur", - Rusiya XİN başçısı Vyetnama səfərinin yekunları ilə bağlı mətbuat konfransında vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR