Lavrov: Qərb Rusiyaya qarşı hibrid deyil, real müharibə aparır

Lavrov: Qərb Rusiyaya qarşı hibrid deyil, real müharibə aparır
# 23 yanvar 2023 15:20 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov təklif edib ki, Ukrayna vasitəçilər vasitəsilə vəziyyətin gələcək inkişafını və Rusiya ilə danışıqların mümkünlüyünü necə gördüyünü aydınlaşdırsın.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Lavrov Cənubi Afrika Respublikasından olan həmkarı ilə danışıqlarının yekunlarına dair brifinqdə bildirib.

Lavrov Qərbin Rusiyaya qarşı demək olar ki, hibrid deyil, artıq real müharibə apardığını söyləyib: "Qərb nümayəndələri birbaşa Kiyevə deyirlər ki, Rusiya ilə danışıqlar aparmaq hələ tezdir, münaqişə ilə bağlı danışıqlar güc mövqeyindən başlamalıdır, Rusiya 1991-ci il sərhədlərinə qaytarılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR