Lavrov Qərbin bəyanatlarını şizofreniyanın təzahürü adlandırıb

Lavrov Qərbin bəyanatlarını şizofreniyanın təzahürü adlandırıb
# 28 iyun 2022 17:09 (UTC +04:00)

Qərbin Rusiya və Ukrayna arasında danışıqların indiki mərhələdə yolverilməzliyi ilə bağlı bəyanatları şizofreniya xəstəliyinin təzahürüdür.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"İndiki mərhələdə Rusiya və Ukrayna arasında danışıqların yolverilməzliyi ilə bağlı Qərbin bəyanatları şizofreniya xəstəliyinin təzahürüdür", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Qərb ölkələrinin Ukraynaya yeni silah tədarükü ilə bağlı mövzuya da toxunub. Onun sözlərinə görə, Ukraynaya nə qədər çox silah verilsə, bu münaqişə bir o qədər uzun sürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR