Lavrov: "Rusiya heç kimə hücum etməyib"

Lavrov: "Rusiya heç kimə hücum etməyib"
# 16 iyun 2022 23:38 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkəsi Ukraynada heç kimə hücum etməyib.

APA xəbər verir ki, bu barədə Rusiyanın baş diplomatı BBC-ə müsahibəsində bildirib.

O bildirib ki, Ukrayna rejimi mülki əhaliyə və şəhərlərə hücum edir.

“Biz heç kimə hücum etməmişik. Ukraynalılar ruslara hücum etdilər. Başqa seçimimiz yox idi. Hakimiyyət bütün bunları dəfələrlə izah edib”,-deyə Lavrov vurğulayıb.

Lavrov onu da bildirib ki, Ukrayna Rusiya ilə danışıqlar aparmaq istəmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR