Lavrov: "Rusiya müharibə istəmir"

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 28 yanvar 2022 12:22 (UTC +04:00)

Əgər Ukrayna ilə əlaqədar müharibə ehtimalı Rusiyaya bağlıdırsa, biz müharibə istəmirik. Lakin eyni zamanda, maraqlarımızın gözardı edilməsinə də icazə verməyəcəyik.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində bildirib.

“Deməzdim ki, bizim müzakirələrimiz başa çatıb. Artıq bir aydır ABŞ və NATO təkliflərimizi araşdırır. Bildiyiniz kimi, bir gün öncə NATO və ABŞ-dan yazılı cavablar almışıq, bizim fundamental suallarımıza cavablar var”, - XİN başçısı vurğulayıb.

Nazirin sözlərinə görə, ABŞ və NATO hər bir ölkənin öz müttəfiqini seçməklə bağlı suveren hüququnu vurğulayır, lakin heç kim bu prinsiplərin digər hissəsi barədə danışmır, İstanbul və Astana deklarasiyalarına toxunmur: “Onlar həmişə Helsinki Yekun Aktına və Paris Nizamnaməsinə istinad edirlər. Hansı ki, bu sənədlər birinin təhlükəsizliyini digərinin təhlükəsizlik vəziyyətinin hesabına gücləndirməyi təbliğ edir. Rusiya həmişə bu məsələ ilə bağlı öhdəliklərin sənədə daxil edilməsinə israr edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR