Lavrov: “Rusiya Ukraynada xalqa qarşı olan Kiyev rejimindən qurtulmaqda köməklik göstərəcək”

Lavrov: “Rusiya Ukraynada xalqa qarşı olan Kiyev rejimindən qurtulmaqda köməklik göstərəcək”
# 25 iyul 2022 00:02 (UTC +04:00)

Rusiya öz xalqına qarşı olan Kiyev rejimindən ukraynalıların qurtulmasına kömək edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, Rusiya daha yaxşısına layiq olan Ukrayna xalqına təəssüflənir.

“Biz gözümüzün qabağında dağılan Ukrayna tarixinə üzülürük. Kiyev rejiminin Ukraynanı Rusiyanın əbədi düşməninə çevirmək məqsədi daşıyan dövlət təbliğatına tab gətirənlərə təəsüf hissi keçiririk”, - deyə Lavrov Qahirədə Ərəb Dövlətləri Liqası dövlətlərinin daimi nümayəndələri ilə görüşü zamanı bildirib.

Rusiya xarici işlər naziri bu cəhdlərin uğurlu olmayacağını vurğulayıb.

Lavrov bildirib ki, Ukrayna və Rusiya xalqları birlikdə yaşamağa davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR