Lavrov: “Rusiyanın Ukraynanın Aİ-yə üzvlüyünün “zərərsizliyinə” ciddi şübhələri var”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 13 may 2022 11:56 (UTC +04:00)

Moskva Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması perspektivlərinə münasibətini dəyişir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbədə MDB ölkələri XİN başçıları Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynanın Aİ-yə üzvlük məsələsinin “zərərsizliyinə” ciddi şübhələri var.

Qeyd edək ki, dünən Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski ölkəsinin Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı mövqeyi dəyişdiyini açıqlayıb: “Kiyevin Aİ-yə daxil olmaq istəyi ilə bağlı Rusiyanın mövqeyi dəyişib. İndi bu, Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqe ilə oxşardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR