Lavrov: “Türkiyə limanları minalardan təmizləsə, hərbçilər Ukrayna taxılını çıxaracaq” - YENİLƏNİB

Lavrov: “Türkiyə limanları minalardan təmizləsə, hərbçilər Ukrayna taxılını çıxaracaq” - YENİLƏNİB
# 06 iyun 2022 15:27 (UTC +04:00)

Əgər Ankara Ukrayna taxılının ixracı üçün limanlardakı suların təmizlənməsinə kömək etməyə hazırdırsa, o zaman Rusiya və Türkiyə hərbçiləri bunu ən yaxşı necə edə biləcəkləri ilə bağlı razılığa gələ biləcəklər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında bildirib.

"Türkiyəli həmkarlarımız minatəmizləmə işində kömək etməyə hazır olduqlarını bildirdilər. Düşünürəm ki, hərbçilərimiz bunu ən yaxşı şəkildə necə təşkil etmək barədə razılığa gələcəklər ki, daha sonra təmizlənməli olan minalanmış sahələr vasitəsilə gəmilər açıq dənizə çıxsın. Bundan sonra biz özümüz və ya türk həmkarlarımızla birgə onları boğazlara və sonra Aralıq dənizinə çatdırmağa zəmanət veririk”, - deyə Rusiya XİN başçısı qeyd edib.

***

15:10

Rusiya və Türkiyə dünyada yaranan ərzaq problemlərinin həllində maraqlıdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün onlayn formatda keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyəyə səfəri zamanı Ukrayna taxılının ixracı məsələsinin danışıqlar mövzusu olacağını xatırladan Rusiya XİN başçısı bildirib ki, Moskva və Ankara dünyada yaran ərzaq problemlərinin həllində maraqlıdır: “Ümid edirəm ki, Rusiya və Türkiyə Ukrayna taxılının ixracı variantlarını işləyib hazırlaya biləcəklər. Bu məsələyə prezidentlər nöqtə qoyacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR