Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaq

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 30 mart 2023 16:19 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Lavrovun Türkiyəyə səfərinin aprelin 6-7-də baş tutacağını söyləyib.

Zaxarova Rusiya XİN başçısının türkiyəli həmkarının dəvəti ilə bu ölkəyə səfər edəcəyini və səfər çərçivəsində baş tutacaq danışıqlarda ikitərəfli münasibətlərin müzakirə olunacağını, Suriya, Ukrayna və Qarabağdakı hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR