Lavrov: “Ukraynada xüsusi hərbi əməliyyat plana uyğun gedir”

Lavrov: “Ukraynada xüsusi hərbi əməliyyat plana uyğun gedir”
# 30 may 2022 00:10 (UTC +04:00)

Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat plana uyğun gedir.

APA xəbər verir ki, bunu Fransanın “TF1” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir vurğulayıb ki, Rusiya Ukraynadakı keçmiş və indiki prezidentlər tərəfindən birbaşa ayrı-seçkiliyə və təcavüzə məruz qalan insanları, rus dilini, Ukraynanı nasistləşmədən qoruyur. Əməliyyatın özünə gəlincə isə o, plana uyğun gedir”, - deyə Lavrov bildirib.

O, həmçinin əlavə edib ki, Qərb heç vaxt Rusiyanın Ukraynanı beynəlxalq öhdəliklərini yerinə yetirmək çağırışlarına qulaq asmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR