Lavrov: “Ukraynadakı hərbi əməliyyatla ərzaq böhranı arasında əlaqə yoxdur”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 23 iyun 2022 14:14 (UTC +04:00)

“Kiyev limanların minalardan təmizlənməsi problemini həll etsəydi, BMT və Türkiyənin Ukrayna taxılının ixracı ilə bağlı səyləri çoxdan uğurlu olardı. Bu məqsədlə beynəlxalq koalisiya yaratmaq cəhdləri isə yalnız Qara dəniz regionunun işlərinə qarışmaq məqsədi daşıyır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahianla Tehranda danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı həyata keçirməsi ilə ərzaq böhranı arasında heç bir əlaqə yoxdur. Bunu artıq ABŞ hökumətinin üzvləri, ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri də etiraf edirlər. Böhran və bu böhran üçün ilkin səbəblər bir neçə il əvvəl yaradılıb və o, bu gün və ya dünən deyil, həm də bir neçə il əvvəl Qərb ölkələrinin maliyyə sahəsində çox ehtiyatsız populist siyasət yürütməyə başladığı vaxt başlayıb”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Türkiyə və BMT Baş katibinin hazırda gördüyü səylər, əgər Ukrayna və onun qərbli sahibləri Qara dənizdəki limanların minalardan təmizlənməsi problemini həll etsəydilər, çoxdan uğurlu olardı: "Bu prosedurların həyata keçirilməsi üçün hansısa beynəlxalq koalisiya təşkil etmək cəhdləri sırf BMT-nin himayəsi altında Qara dəniz regionunun işlərinə qarışmaq məqsədi daşıyır. Biz bunu çox yaxşı görürük. Rusiya gəmilərin Bosfor boğazına çatdırılmasının təhlükəsizliyinə zəmanət verir və bu mövzuda Türkiyə ilə anlayışımız var”.

Rusiya xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Ukraynada qalan taxıl miqdarından ümumbəşəri faciə törətmək cəhdləri tamamilə qeyri-təmiz bir xətdir, çünki hamıya yaxşı məlumdur ki, bu taxıl qlobal buğda və digər dənli bitki məhsullarının 1%-dən azını təşkil edir: “İndi ukraynalıları orada girov kimi saxlanılan xarici gəmiləri azad etməyə məcbur etmək vacibdir və bu problemi Qərbin beynəlxalq qida və gübrə ticarəti siyasəti sahəsində səhv və uğursuzluqlarından yayındırmağa çalışmamaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR