Lavrov və Çavuşoğlu Hindistanda görüşüb - YENİLƏNİB

Lavrov və Çavuşoğlu Hindistanda görüşüb - YENİLƏNİB
# 01 mart 2023 13:36 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

APA xəbər verir ki, görüş Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.

***

13:01

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Hindistanda bu ölkənin XİN rəhbəri Subrahmanyam Çayşankar ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Lavrovun bu gün Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və Braziliya XİN başçısı Mauro Vieyra ilə görüşü də nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya XİN rəhbəri 1-2 mart 2023-cü il tarixlərində Yeni Dehlidə keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Hindistanda səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR