Lavrov və Qremmingerin görüşündə ATƏT məkanındakı regional münaqişələr müzakirə olunacaq

Lavrov və Qremmingerin görüşündə ATƏT məkanındakı regional münaqişələr müzakirə olunacaq
# 17 oktyabr 2019 14:06 (UTC +04:00)

Oktyabrın 31-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremmingerlə görüşəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu bildirib.

Onun sözlərinə görə, Moskvada keçiriləcək görüşdə ATƏT-in fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq.

Rusiya XİN sözçüsü S. Lavrovla T. Qremmingerin görüşündə ATƏT məkanındakı regional münaqişələrin müzakirə olunacağını da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR