Lavrov Zelenskinin danışıqların bərpası şərtlərini qeyri-ciddi adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 26 may 2022 21:59 (UTC +04:00)

Vladimir Zelenski Rusiya ilə danışıqların bərpası və Rusiya prezidenti Vladimir Putinlə görüş üçün qeyri-ciddi şərtlər irəli sürür.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“O, hər gün nəsə müsahibə verir və danışıqlara hazır olduğunu deyi. O bildirib ki, danışıqlar yalnız onunla Putin arasında ola bilər. Bununla hər hansı başqa səviyyədə məşğul olmağın mənası yoxdur. Onun fikrincə, danışıqlar heç bir vasitəçi olmadan və yalnız Ukrayna fevralın 23-dən etibarən öz nəzarətində olan əraziləri bərpa etdikdən sonra aparılmalıdır. Bunun ciddi olmadığını kiməsə izah etməyə ehtiyac yoxdur”, - deyə Lavrov “RT Arabic”-ə müsahibəsində deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR