Lavrovun Minskə səfəri təxirə salınıb

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 27 noyabr 2022 12:44 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrovun 27-28 noyabr tarixlərində Belarus paytaxtı Minskə planlaşdırılan işgüzar səfəri təxirə salınıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Lavrovun Minskə səfərinin Belarus XİN başçısı Vladimir Makeyin ölümü ilə əlaqədar təxirə salındığı bildirilib.

Qeyd edək ki, Vladimir Makey noyabrın 26-da qəflətən vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR