Lavrovun müavini: “ABŞ və NATO ilə qarşıdurma Rusiyanın maraqlarına uyğun deyil”

Sergey Ryabkov

© APA | Sergey Ryabkov

# 23 sentyabr 2022 16:49 (UTC +04:00)

ABŞ və NATO ilə açıq qarşıdurma Rusiyanın maraqlarına uyğun deyil. Moskva ümid edir ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Ukrayna ətrafında eskalasiya risklərini anlayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Birbaşa hərbi toqquşma ilə nəticələnəcək ABŞ və NATO ilə açıq qarşıdurma bizim maraqlarımıza uyğun deyil. Ümid edirik ki, Bayden administrasiyası da Amerika qoşunlarının Ukraynaya göndərilməməsi ilə bağlı yerli məmurların bəyanatını nəzərə alaraq, Ukraynada münaqişənin nəzarətsiz gərginləşməsi təhlükəsini dərk edir”, - Ryabkov Karib böhranının 60-cı ildönümünə həsr olunmuş konfransda qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR