Lavrovun müavini: “Ən yaxın vaxtlarda Moskvada Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək”

Andrey Rudenko

© APA | Andrey Rudenko

# 28 may 2022 10:30 (UTC +04:00)

Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı Səfirliyində Müstəqillik Günü münasibəti ilə keçirilən təntənəli mərasimə qatılan Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında bildirib.

Rusiya diplomat Üçtərəfli İşçi qrupun iclasının keçiriləcəyi tarixi açıqlamayıb: “İclas ən yaxın vaxtlarda keçiriləcək. O ki qaldı, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın iclasına, bu, bir qədər sonra birgə müəyyən etməli olacağımız məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR