Lavrovun müavini: “NATO ilə dialoqa inanmaq çətindir”

Lavrovun müavini: “NATO ilə dialoqa inanmaq çətindir”
# 05 iyul 2022 10:50 (UTC +04:00)

Sərhədlərin yaxınlığında tanklar və digər silahlar yerləşdiriləndə Rusiyanın NATO ilə dialoqa inanması çətindir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu “Arqumentı i Faktı” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

"İndi deyirlər ki, onlar Rusiya ilə hər an dialoqa gedə bilərlər və bizimlə qarşıdurma axtarmırlar. Halbuki NATO-nun hərbi planlaşdırmasının xarakteri sadəcə Rusiya ilə qarşıdurmadır. Tankları və digər silahları burnunuzun altına qoyub deyəndə ki: “Bu sizin əleyhinizə deyil, sadəcə orada dayanıb” o zaman hər cür dialoqa inanmaq çox çətindir”, - rusiyalı diplomat vurğulayıb.

Qruşko bildirib ki, Şimali Atlantika Alyansı bütün əməkdaşlıq mexanizmlərindən imtina edərək diplomatik ünsiyyəti mümkünsüz edib: "Məsələn, dekabrın 12-də keçirilən Rusiya-NATO Şurasının son iclasında onun ümumiyyətlə fiziki olaraq baş tutması üçün böyük səylər göstərildi. Çünki bizim artıq NATO ilə diplomatik mövcudluğumuz yoxdur, o, alyansın düşməncəsinə hərəkətləri ilə məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR