Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”

Lavrovun müavini: “Rusiya Ukraynaya hücum etməyəcək”
# 19 yanvar 2022 16:11 (UTC +04:00)

İndi Avropada tam hərbi əməliyyatlar qeyri-mümkündür.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Mən əminəm ki, Avropada və ya başqa haradasa baş verə biləcək genişmiqyaslı müharibə riski yoxdur”, - rusiyalı diplomat Valday klubunda çıxış edərkən vurğulayıb.

O, Rusiyanın heç bir aqressiv addım atmayacağını da vurğulayıb: “Biz Ukraynaya hücum etməyəcəyik və işğal etməyəcəyik”.

XİN başçısının müavini qeyd edib ki, Moskvaya NATO-nun genişlənməsinə moratorium qoyulması deyil, Gürcüstan və Ukraynanın Alyansa üzv olmayacağına dair aydın təmnatlar lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR