Lavrovun müavini: Ukrayna ilə bağlı Rusiyanın ABŞ-la müzakirə mövzusu yoxdur

Sergey Ryabkov

© APA | Sergey Ryabkov

# 18 noyabr 2022 12:40 (UTC +04:00)

Rusiya ilə ABŞ arasında Ukrayna məsələsi ilə bağlı hər hansı müzakirə mövzusu yoxdur.

APA xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov jurnalistlərə müsahibəsi zamanı deyib.

“Ukrayna ətrafında cərəyan edən hadisələr barədə ölkəmizlə ABŞ arasında hər hansı müzakirə mövzusu yoxdur. Hər hansı formada Ukrayna mövzusu barədə müzakirə başlayan kimi tərəflər bir-birinə qarşılıqlı olaraq ittihamlar irəli sürür. Qarşılıqlı dialoq və ələlxüsus da danışıqlar masası ətrafında söhbətlər mümkün deyil, çünki bizim bu məsələyə baxışlarımız bir-birinə tamamilə əksdir” – Ryabkov vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən Rusiya Silahlı Qüvvələri cari ilin 24 fevralında Ukraynada xüsusi hərbi əməliyyatlara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR