Lavrovun xüsusi nümayəndəsi və Paşinyan Azərbaycanla normallaşmanı müzakirə edib

Lavrovun xüsusi nümayəndəsi və Paşinyan Azərbaycanla normallaşmanı müzakirə edib
# 14 noyabr 2022 18:29 (UTC +04:00)

Ermənistanın Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan nizamlanması müzakirə olunub.

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə baş tutan üçtərəfli görüşünü də müzakirə ediblər.

Bundan sonra, İqor Xovayev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR