London müharibə başlayandan Rusiyanın 18 mlrd. funt sterlinqindən çox aktivini dondurub

London müharibə başlayandan Rusiyanın 18 mlrd. funt sterlinqindən çox aktivini dondurub
# 10 noyabr 2022 14:36 (UTC +04:00)

London fevralın sonundan bəri Rusiyanın 18 milyard funt sterlinqindən çox aktivini dondurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarına Nəzarət Orqanının (OFSI) illik hesabatına bildirilib.

“OFSI 2022-ci il fevralın 22-dən oktyabrın 20-dək anti-Rusiya sanksiya siyahısında olan şəxslər tərəfindən və ya onların adından saxlanılan ümumi məbləği 18,39 milyard funt sterlinq olan dondurulmuş vəsait haqqında məlumat verib”, - deyə sənəddə qeyd olunub.

Hesabatda o da qeyd olunub ki, 2021-ci ilin sentyabrında bu məbləğ 44,5 milyon funt sterlinq təşkil edib.

OFSİ-nin məlumatına görə, 2022-ci il fevralın 22-dən avqustun 24-dək 1271 nəfər Rusiya vətəndaşı əleyhinə sanksiyalar tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR