Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Soçiyə gəlib

Aleksandr Lukaşenko və Vladimir Putin

© APA | Aleksandr Lukaşenko və Vladimir Putin

# 22 may 2022 18:07 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə gəlib.

APA xəbər verir ki, bu barədə Soçinin meri Aleksey Kopayqorodski Telegram kanalında bildirib.

Bundan əvvəl Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə işgüzar danışıqlar üçün mayın 23-də Soçidə görüşəcəyi bildirilirdi.

"Soçi yenidən mühüm dövlətlərarası dialoqlar üçün platformaya çevrilib. Belarus prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə görüşmək üçün şəhərimizə gəlib", - Kopayqorodski yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR