Lukaşenko amnistiya fərmanı imzalayıb

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 08 dekabr 2022 13:24 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko amnistiya fərmanı imzalayıb.

APA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Amnistiyanın Belarusda “Xalq Birliyi Günü” münasibətilə imzalanması qeyd edilib.

Amnistiya fərmanı 8,5 min nəfərə şamil olunacaq. Onlardan 4,5 min nəfər cəzasının geri qalan hissəsindən azad olunacaq, daha 4 min nəfərin cəza çəkdiyi müddət 1 ilə qədər azaldılacaq. Terror əməlləri törətmiş şəxslər və separatçıların azad olunması amnistiyada nəzərdə tutulmayıb.

Xatırladaq ki, Belarusda “Xalq birliyi günü” hər il sentyabrın 17-si qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR