Lukaşenko Belarusun Ukraynadakı xüsusi hərbi əməliyyatlarda iştirak etdiyini bildirib

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 04 oktyabr 2022 14:11 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Ukraynadakı xüsusi hərbi əməliyyatlarda iştirak etdiyini deyib.

APA TASS-a xəbərinə görə, Aleksandr Lukaşenko qeyd edib ki, buna baxmayaraq onun ölkəsinin hərbçiləri heç kəsi öldürmür.

“Onların vəzifəsi Polşa, Litva və Latviya zərbələrindən qorumaq və münaqişənin ölkə ərazisinə keçməsinin qarşısını almaqdır”, - o deyib.

Prezident bir daha vurğulayıb ki, heç kəs Belarus ərazisindən ruslara atəş aça bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR