Lukaşenko Belarusun XİN başçısı ilə vida mərasimində iştirak edib - FOTO

Lukaşenko Belarusun XİN başçısı ilə vida mərasimində iştirak edib - FOTO
# 29 noyabr 2022 12:17 (UTC +04:00)

Minskdə ötən həftə qəfil vəfat edən Belarus xarici işlər naziri Vladimir Makeylə vida mərasimi keçirilir.

APA-nın Rusiya bürosu xəbər verir ki, Mərkəzi Zabitlər Evində keçirilən vida mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenko da iştirak edib.

Makeyin Minskin Şərq Məzarlığında dəfn olunacağı bildirilib.

Qeyd edək ki, Vladimir Makey noyabrın 26-da 64 yaşında qəflətən dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR