Lukaşenko: “Bizi ciddi çağırışlar gözləyir, KTMT-ni gücləndirmək lazımdır”

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 10 yanvar 2022 13:27 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələri ciddi çağırışlar gözləyir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu KTMT Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstandakı vəziyyətə həsr olunan növbədənkənar iclasında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Bizi perspektivdə ciddi çağırışlar gözləyir. KTMT-ni gücləndirmək lazımdır. Onun bütün komponentlərini, ilk növbədə sülhməramlı potensialı sakitcə və sistemli şəkildə möhkəmləndirmək lazımdır. Mobilliyi və operativ hərəkəti qoruyub saxlamaq vacibdir. Qərbə, Amerikaya və ya hansısa başqa dövlətlərə baxaraq, bu məsələdə çox utancaq olmaq lazım deyil”, - Belarus lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR