Lukaşenko deyib ki, ABŞ Ukraynaya Rusiya ilə danışıqlara başlamağa imkan vermir

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 27 noyabr 2022 16:16 (UTC +04:00)

ABŞ Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermir.

APA xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

“Əgər siz Ukrayna rəhbərliyini nəzərdə tutursunuzsa, deməli, onlar buna qətiyyən imkan vermirlər. Amerikalılar Avropanı bir zərbəyə yıxmaq, Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Təbii ki, Rusiyanı tapdalamaq niyyətindədilər”, - Lukaşenko bildirib.

Belarus lideri həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar prosesinin əsas prinsiplərini pozur.

"Ukraynalıların səhvi Zelenskinin danışıqlar prosesinin klassik prinsiplərini pozmasıdır. Xüsusilə nəhəng Rusiya ilə danışarkən. Əvvəlcədən şərt qoya bilməzsiniz. Danışıqlar masasına oturun, orada bütün şərtləri irəli sürün. İkinci prinsip isə klassikdir - kompromislər”, - Belarus prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR