Lukaşenko meşə təsərrüfatı nazirini vəzifəsindən azad edib

Belarus Prezidenti Aleksandr Lukaşenko

© APA | Belarus Prezidenti Aleksandr Lukaşenko

# 06 may 2022 02:03 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko meşə təsərrüfatı naziri Vitali Drojjanı vəzifəsindən azad edib.

APA xəbər verir ki, Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət qulluqçu nalayiq davranışa yol verdiyinə görə vəzifəsindən azad olunub.

"Vitali Drojja dövlət qulluğuna uyğun gəlməyən cinayət törətdiyinə görə meşə təsərrüfatı naziri vəzifəsindən azad edilib", - deyə məlumatda bildirilir.

Drojja 2018-ci ilin aprelində Belarusun meşə təsərrüfatı naziri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR