Lukaşenko Paşinyan və Putinlə KTMT-nin Qazaxıstandakı fəaliyyətini müzakirə edib

Nikol Paşinyan, Aleksandr Lukaşenko, Vladimir Putin

© APA | Nikol Paşinyan, Aleksandr Lukaşenko, Vladimir Putin

# 07 yanvar 2022 16:56 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə Belarus Prezidentinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Aleksandr Lukaşenko əvvəlcə Ermənistan lideri, daha sonra isə Rusiya lideri ilə beynəlxalq gündəmdəki aktual məsələləri, ikitərəfli münasibətləri və Qazaxıstanda baş verənləri müzakirə edib. Hər üç ölkənin liderləri xaricdən qanunsuz silahlı birləşmələrin Qazaxıstana daxil olmasının yolverilməz olduğunu qeyd ediblər.

Onlar KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinin fəaliyyəti mövzusuna da toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR