Rusiya Prezidenti Vladimir Putin məndən heç vaxt Ukraynada keçirilən xüsusi əməliyyatda iştirakı xahiş etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
O, Qərbin Minski Ukrayna münaqişəsinə cəlb etmək istəyini vurğulayıb:
"Amma onlar, həm Rusiya, həm də Belarusla məşğul olmaq və Sankt-Peterburqdan Rostova qədər bir cəbhə xətti qurmaq üçün bizi bu münaqişəyə sövq edir. Onlar isyərilər ki, "Belarus balkonu" olmasın. 2020-ci ildə buna nail ola bilmədilər. Başqa üsullarla bunu davam etdirirlər”, - Lukaşenko vurğulayıb.