Lukaşenko: Rusiya Ukraynadakı münaqişənin həlli üçün saziş imzalamağa hazır idi

Lukaşenko: Rusiya Ukraynadakı münaqişənin həlli üçün saziş imzalamağa hazır idi
# 18 may 2023 12:53 (UTC +04:00)

Rusiya Ukraynadakı münaqişənin həlli üçün saziş imzalamağa hazır idi.

APA xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT Parlament Assambleyası Şurasının iclasının iştirakçıları ilə görüşdə deyib.

Lukaşenko bildirib ki, Rusiya parlamentariləri ilk gündən etibarən bu məsələdə birbaşa iştirak ediblər.

“Biz təklif etdik ki, gəlin danışıqlar masasına oturaq. Bu müharibəni dayandırmaq lazımdır. Belarusda üç raund danışıqlar təşkil edildi, lakin sonra Zelenskini nə isə qane etmədi və danışıqlar Türkiyədə davam etdirildi. Sülh sazişi layihəsi danışıqlar masasına gəldi. Layihə Rusiyaya qətiyyən sərf etmirdi, lakin Rusiya razılaşdı. Mənim masamın üzərində bu layihə var. Rusiya sülh təşəbbüslərinə, müqaviləyə razılıq verən kimi layihə zibil qutusuna atıldı”, - Lukaşenko vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR