Lukaşenko Rusiyaya səfər edəcək

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 14 may 2022 12:26 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.

APA TASS-a istinadən xəbər verir ki, Kollektiv Müdafiə Təşkilatı Müqaviləsinin iclasında iştirak etmək üçün Aleksandr Lukaşenko mayın 16-da Moskvaya səfər edəcək.

Səfər çərçivəsində Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

"Ölkələrin liderləri regionda və dünyada mövcud vəziyyətin aktual problemləri haqqında fikir mübadiləsi aparacaq, yaranan müxtəlif çağırış və təhdidlərə qarşı birgə cavab tədbirlərini müzakirə edəcəklər", Belarus prezidentinin mətbuat xidməti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR