Lukaşenko səfərbərlikdən sonra Rusiyanı tərk edənlərdən danışıb: “Qoy qaçsınlar”

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 26 sentyabr 2022 15:03 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı Rusiyada qismən səfərbərlik elan edildikdən sonra hərbi xidmətə çağırış yaşında olan Rusiya vətəndaşlarının ölkəni tərk etməsi ilə bağlı vəziyyəti şərh edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lukaşenko bildirib ki, Rusiyanın 25 milyonluq səfərbərlik resursu var.

“Yaxşı, qoy qaçsınlar, 30 min, lap 50 min qaçsın. Onlar burada qalsaydılar, bizim adam olacaqdılar bəyəm? Qoy qaçsınlar”, - Belarus lideri bildirib.

Lukaşenkonun sözlərinə görə, bir çoxları sonradan vətənlərinə qayıdacaqlar, lakin sonra onlarla nə edəcəklərinə dair qərar vermək lazım gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR