Lukaşenko Ukraynanın Belarusa hücum etməməklə bağlı pakt təklif etdiyini deyib

Lukaşenko Ukraynanın Belarusa hücum etməməklə bağlı pakt təklif etdiyini deyib
# 24 yanvar 2023 13:29 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın Belarusa hücum etməmək barədə pakt təklif etdiyini deyib.

APA “gazeta.ru”ya istinadən xəbər verir ki, o, Ukraynanı qeyri-səmimi olmaqda ittiham edib.

“Bir tərəfdən Ukrayna ilə heç bir halda müharibə etməməyimizi istəyirlər. Hücum etməmək barədə pakt təklif edirlər. Digər tərəfdən isə, bu təhlükəli ekstremistləri hazırlayır və silahlandırırlar. Polşa, Litva ümumiyyətlə hədlərini aşıblar. Bu onların nəyinə lazımdı? Anlaşılmazdır”, - Lukaşenko deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR